16.09.2025, 00:18
AZ EN
12.12.2022, 16:21 550

Sergey Markov: Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıdıb

XƏBƏRLƏR
  • Heydər Əliyevin anım günündə bir daha demək istəyirəm: Azərbaycan xalqının bəxti gətirib. Ən böhranlı məqamda belə bir lider – XX əsrin ən parlaq siyasi liderlərindən biri tapıldı. O, ölkəni çox mürəkkəb vəziyyətdən çıxarmağa, onu elə relslər üzərinə qoymağa nail olub ki, ölkə bu yolla gedərək möhtəşəm uğurlar qazanıb. İndi Azərbaycan Qarabağı özünə qaytarıb, yaxın vaxtlarda bu regionu bərpa edəcək, yüz minlərlə insan doğma yurdlarına qayıdacaq. Əminəm ki, Qarabağ çiçəklənən diyar olacaq. Əlbəttə, bu məsələdə Ali Baş Komandan İlham Əliyevin və onun atası dahi Heydər Əliyevin çox böyük xidmətləri var.

Bu fikirləri Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov söyləyib.

S.Markov deyib: “Heydər Əliyev vətəndaş müharibəsini dayandıra bildi, Azərbaycanın dirçəlməsinə xidmət edən “Əsrin müqaviləsi”ni bağladı, ölkədə vətəndaş həmrəyliyini bərpa etdi, ənənəvi dəyərlərə, İslam ənənələrinə və dünyəvi dövlət təsisatlarına hörməti heyrətamiz şəkildə əlaqələndirməyi və Azərbaycanı bütün dünyaya tanıtmağı bacardı. Heydər Əliyevə xas olan siyasi dahiyanəlik heyranlıq doğurur”. (AZƏRTAC)

Oxşar xəbərlər