19.10.2024, 11:28
AZ EN
12.12.2022, 15:45 420

Azərbaycan dövləti Heydər Əliyevin rəhbərliyi altında ən ali dəyərlər üzərində qurulub

XƏBƏRLƏR
  • Azərbaycan xalqının dahi oğlu‚ Ümummilli Lideri və xilaskarı‚ müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev yəhudi xalqının və İsrailin böyük dostu olub. Heydər Əliyev Azərbaycanda tolerantlığın və multikultural dəyərlərin banisidir.

Bu fikirlər İsrail Təhlükəsizlik Akademiyası Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı açıqlamasında yer alıb.

Bildirilib ki, müasir Azərbaycan dövləti məhz bu dahi şəxsiyyətin rəhbərliyi altında tolerantlıq‚ multikultural və ali dəyərlər üzərində qurulub. Bütün yəhudilər Heydər Əliyevin xatirəsini hər zaman böyük hörmət və ehtiramla anırlar. Azərbaycan-İsrail əlaqələri məhz Heydər Əliyevin dövründə qurulub və bu günümüzə qədər məhz onun siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində yüksələn xətlə inkişaf edib. Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycanda bütün xalqlar qardaşlaşıb. Bu gün Azərbaycanda müxtəlif dini inanca malik insanlar‚ müsəlmanlar və qeyri-müsəlmanlar qardaşlıq içərisində yaşayır. Burada hər zaman bütün xalqlara və bütün dinlərə doğmalıq və qardaşlıq nümunəsi sərgilənib. Azərbaycan dövləti dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qurularkən bütün xalqlara doğmalıq nümayiş etdirildi. Bununla da Azərbaycan bütün dünyada nümunə olacaq ali dəyərləri özündə əks etdirdi.

Sonda əminliklə bildirilib ki, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi çox əlamətdar bir haldır və Azərbaycan xalqı üçün xeyirli, uğurlu olacaq. (AZƏRTAC)

Oxşar xəbərlər