Bunu "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brən xarici mütəxəssislərdən ibarət nümayəndə heyətinin tərkibində Qarabağa səfəri zamanı deyib.
"Mən Ağdama ilk dəfə keçən il mayın 21-də gəldim və yalnız dağıntı gördüm. Bu gün mən təsirlənmişəm və çox xoşbəxtəm. Çünki bərpa işləri sayəsində Ağdam sanki canlanır", - deyə Brən qeyd edib.
O bildirib ki, ötən il Ağdam məscidində olub, hətta minarəyə də qalxıb.
"Azərbaycan hazırda bu gözəl məscidin bərpasını aparır. İnfrastruktur, yaşayış binaları və yolların tikintisi istiqamətində də böyük işlər görülür, ecazkar Qarabağ bölgəsinin bərpası üçün böyük səylər göstərilir", - deyə Brən əlavə edib. (Trend)