09.06.2025, 03:02
AZ EN
09.12.2022, 15:23 388

Hikmət Hacıyevdən Qriqoryana tutarlı cavab

XƏBƏRLƏR
  • Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanın Qarabağda yaşayan ermənilərin  hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması barədə guya razılıq əldə olunduğuna dair bəyanatını yalan adlandırıb. Hikmət Hacıyev bildirib ki, danışıqlarda hər hansı məsələnin qaldırılması, həmin məsələyə dair razılığın əldə olunduğu demək deyil.

“Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizlik məsələsini heç bir beynəlxalq  tərəfdaşla müzakirə etməyəcək. Bu və son vaxtlar Ermənistan rəsmləri tərəfindən səsləndirilən digər ziddiyyətli  açıqlamalar və irəli sürülən lazımsız yeni elementlər  Ermənistan tərəfinin qəsdən sülh müqaviləsi üzrə danışıqları pozma və emiqasiya yaratmaq niyyətini göstərir”.

Prezidentin köməkçisi Ermənistan tərəfinə bu kimi desturuktiv siyasətdən əl  çəkməyi, regionda davamlı sülhün və təhlükəsizliyin  təmin olunması üçün siyasi  iradə nümayiş etdirərək sülh müqaviləsi üzrə danışıqlarda ciddi surətdə iştirtak etməyi tövsiyə edib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər