20.09.2024, 12:55
AZ EN
07.12.2022, 15:13 335

Heydər Məmmədov: “Məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası istiqamətində əhəmiyətli işlər görülüb”

XƏBƏRLƏR
  • “Təxribatçı erməni hərbi qulluqçularının və qanunsuz silahlı birləşmə üzlərinin əsir və girov götürülmüş soydaşlarımıza qarşı törətdikləri cinayətlərə görə cinayət prosessual qanunvericiliyinin yaratdığı imkanlar çərçivəsində və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq məsuliyyətə cəlb  olunması istiqamətində əhəmiyətli işlər görülüb”. Bu fikirləri bu gün Baş prokurorun müavini  Heydər Məmmədov “İnsan hüquqlarının əsas təminatları” mövzusunda keçirilən konfransda deyib. O, bildirib ki, 30 il öz doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpa edilməsi, onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, eləcə də erməni vandalları tərəfindən dağıdılmış tarixi-mədəni, dini abidələrimizin qiymətləndirilməsi, ümumilikdə işğal nəticəsində respublikamıza vurulmuş ziyanın hesablanması istiqamətində əhəmiyyətli işlər görülüb.

O, vurğulayıb ki, iki il yarımdan artıq müddət ərzində Baş prokuror Kamran Əliyevin peşəkar rəhbərliyi ilə prokurorluqda aparılan müasir dövrün tələblərinə, vətəndaşlaırımızın hüquqlarının qorunmasına yönələn genişmiqyaslı islahatlar nəticəsində insanların hüquqlarının qorunması istiqamətində daim mühüm işlər aparılır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər