Sülhməramlıların komandanı, general-mayor Andrey Volkov mətbuatın müzakirələri işıqlandırmasının qarşısını alıb. Komandanlarından müvafiq əmr alan sülhməramlı hərbçilər Azərbaycan jurnalistlərinin monitorinq qrupu ilə birlikdə Şuşadan Xocalıya yola düşməsinə imkan verməyiblər.
Media nümayəndələri sülhməramlıların postunu piyada keçərək Xankəndi istiqamətində bir qədər irəliləməyə nail olsalar da, Rusiya hərbçiləri əlavə qüvvə cəlb edərək, jurnalistlərin qarşısını kəsib, geri qaytarıblar.