13.11.2024, 04:35
AZ EN
05.12.2022, 14:28 377

Xocalıda ekoloji monitorinqlə bağlı danışıqlar aparılıb

XƏBƏRLƏR
  • Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdən biri də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Azərbaycana məxsus olan yataqların ermənilər tərəfindən talan edilməsidir.

Faydalı qazıntıların qanunsuz istismarı, ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə ezam olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri  Dövlət Xidməti və “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi  Azərbaycan ərazilərinə keçərək, sülhməramlıların müşaiyəti ilə Xocalıda keçirdiyi görüş başa çatıb. Müzakirələr zamanı rus sülhməramlı kontingentinin  müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı,  ekoloji fəsadlarla bağlı ciddi  narahatlıq və narazılıq ifadə olunub. Faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda və  müvafiq digər məntəqələrdə monitorinq ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi də vurğulanıb. Xocalıda rus sülhməramlıları kontiongentinin qərargahında keçirilən müzakirələrin  nəticəsi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eyni zamanda digər aidiyyatı qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.

Xatırlatmaq yerinə düşər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ermənilərin ərazidə qanunsuz istismarını araşdırmaq məqsədilə bu ilin fevralından etibarən  rus sülhməramlılarının rəhbərliyinə dəfələrlə məktub ünvanlasa da indiyə qədər  məktublar cavabsız qalıb.

Məktublarda isə deyilir: Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində ekoloji fəlakət baş verir. Eyni zamanda burdakı  yataqlartda qanunsuz istismar prosesi həyata keçirilir və bunu təbii ki, ermənilər edir. Məhz bu səbəbdən də Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyi bu ərazilərdə monitorinqlərin keçirilməsi ilə bağlı bir necə dəfə müraciət etməsinə baxmayaraq bu müraciətlər cavablandırılmayıb. Ekologiya və Təbbii Sərvətlər Nazirliyinin rəsmi nümayəndələri sözügedən məkanda olub və burada monitorinq keçirilməsinin vacibliyini bildirib. Nazirliyin rəsmisi əlavə edib ki, əgər bu monitorinq keçirilməsə, bölgə yaxın müddətdə çox güclü ekoloji fəlakətə məruz qalacaq. 

Təəccüb doğuran məqam isə odur ki,  Rusiya sülhməramlıları bir neçə ildir ki, bu istismara göz yumur və bu ekoloji fəlakətin qarşısını almırlar.

Azərbaycan dövlət qurumlarının ölkənin bütün ərazilərində olduğu kimi, təbii ki, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə də monitorinq  aparmaq səlahiyyəti və hüququ var. Azərbaycan da öz suveren hüququndan  istifadə edərək ərazilərdəki ekoloji fəsadların qarşısını almaq üçün mütəxəssisləri ora cəlb edib. Qeyd edək ki, ermənilərin ərzilərimizdə qanunsuz istismarı ilə bağlı Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlar qarşısında da  məsələ qaldırıb.

Azərbaycanın nümayəndə heyəti Şuşa-Xankəndi yolunun üstündəki nəzarət buraxılış məntəqəsinin yaxınlığında  rus sülhməramlılarının rəhbərliyi ilə 3 saata yaxın danışıqlar aparıb. Sonra isə danışıqlar sülhməramlıların Xocalıdakı qərargahında davam etdirilib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər