19.10.2024, 23:26
AZ EN
29.11.2022, 08:55 269

Elsevər Məmmədov: Minlərlə əlcəzairlini qətlə yetirən Fransa Azərbaycana tövsiyə verə bilməz

XƏBƏRLƏR
  • Fransa Milli Assambleyasının “Azərbaycanın Ermənistana qarşı təcavüzünə son qoyulması və Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsinə” dair qərəzli və ədalətsiz qətnamə layihəsinə etiraz olaraq bura toplaşmışıq.

Fransız deputatların bu qərarı qərəzli addımdır.

Bu fikirləri Parisdə Azərbaycan diasporasının Fransa Milli Assambleyasına qarşı etiraz aksiyasına qatılmış Elsevər Məmmədov deyib.

“Azərbaycan bu gün qalib və güclü ölkədir. Fransa Milli Assambleyasına etiraz əlaməti olaraq azərbaycanlılar Parisdə yenə də yumruq kimi birləşib, “Dəmir yumruğ”un qüdrətini xatırladırlar. Biz dövlətimizin başçısının ətrafında sıx birləşmişik. Azərbaycan haqq yolundan dönməyəcək. Minlərlə əlcəzairlini qətlə yetirmiş Fransa Azərbaycana tövsiyə verə bilməz. Azərbaycan güclü ölkədir və onun güclü lideri var”, - deyə Elsevər Məmmədov bildirib.

Qeyd edib ki, Milli Assambleyanın qətnamə layihəsi kağız parçasından başqa bir şey deyil. (AZƏRTAC)

Oxşar xəbərlər