22.12.2024, 10:30
AZ EN
26.11.2022, 18:28 303

Maykl Doran: Ağdamda dağıntıları görəndə dəhşətə gəldim

XƏBƏRLƏR
  • Mən Ağdamda dağıntıları görəndə dəhşətə gəldim.

Bu barədə Ağdamda səfərdə olan ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran deyib.

O, bir neçə gün öncə Füzuli və Şuşada olduğunu xatırladıb.

“Orada da dağıntıları gördüm. Ermənilər işğalı zamanı hər şeyi, hər yeri dağıdıblar, Heç nə tikməyiblər. Bunları gördükdə şok oldum. İşğal zamanı ermənilər hər yeri minalayıblar. Bu da müharibə cinayətidir. İşğaldan sonra milyonlarla minaların basdırılması barədə dünyanın məlumatı yoxdur. ABŞ minaların təmizlənməsi istiqamətində Azərbaycana yardımlar edir. Ölkəmiz eyni zamanda, bölgədə sülhün də tərəfdarıdır”, - Maykl Doran qeyd edib.

Oxşar xəbərlər