19.10.2024, 23:49
AZ EN
25.11.2022, 14:50 393

Hakan Yavuz: Ermənistan Qarabağla bağlı indi də eyni taktikanı tətbiq etməyə çalışır

XƏBƏRLƏR
  • “Bu müzakirələr kifayət qədər maraqlı keçdi. Daha əvvəl də Şuşada keçirilən müzakirələrdə iştirak etmişdim”.

Bu barədə noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçısı, Yuta Universitetinin professoru Hakan Yavuz deyib.

Prezident İlham Əliyevin konfransda çıxışına toxunan Hakan Yavuz bildirib: “Cənab Prezident Qarabağla bağlı danışdı, Azərbaycanın Avropa ilə Asiya arasında körpü olması üçün həm dəmir, həm də quru yollarının vacibliyini vurğuladı. Prezident bildirdi ki, əgər Ermənistan bu əməkdaşlığa daxil olarsa, onlar da bu ticarətdən, imkanlardan fayda götürə biləcəklər. Prezident bildirdi ki, əgər Ermənistan bu əməkdaşlığa daxil olmazsa, o zaman Türkiyə və Gürcüstanla birgə bu layihələri reallaşdırılacaq.

Ayrıca, Ermənistan Baş naziri Avropada keçiriləcək son görüşdə Fransa Prezidenti Makronun da iştirak etməyini istəyib. Necə ki, balaca uşaq "atam yanımda olsun, atam olmadan heç bir şey edə bilmərəm" deyir, Baş nazir Paşinyan eyni davranır, onun burda iki atası var, öz atası Putin, ögey atası isə Makrondur. Ermənistan 30 il Qarabağ məsələsini həll etməyib, beynəlxalq problemə çevirib, indi də eyni taktikanı tətbiq etməyə çalışırlar, Prezident İlham Əliyev də bunu yaxşı şəkildə izah etdi”.

O, görüşün çox maraqlı və məhsuldar keçdiyini diqqətə çatdırıb. (APA)

Oxşar xəbərlər