19.10.2024, 10:42
AZ EN
17.11.2022, 11:04 301

Ceyhun Məmmədov: “Fransa Ermənistanın yanında olduğunu ermənidən çox erməni kimi davranaraq göstərir”

XƏBƏRLƏR
  • Fransa Senatının Azərbaycanın əleyhinə qəbul etdiyi  sənəd bir daha sübut edir ki, Fransa-Azərbaycan-Ermənistan arasında ədalətli və bitərəf vasitəçilik edə bilməz. Tarixi gerçəklərin bu qədər təhrif olunması, qərəzli və bitərəf mövqe ilə Fransa eyni zamanda Azərbaycanla ikitərəfli dövlətlərarası münasibətlərində inkişafına çox ciddi ziyan vurdu. Fransa senatı məlum sənədi qəbul etməklə bir daha sübut etdi ki, onlar üçün beynəlxalq hüququn hamılqla qəbul edilmiş prinsipləri deyil, öz milli maraqları prioritet təşkil edir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Fransa senatının Azərbaycanın əleyhinə qəbul etdiyi  qətnamənin şərh edərkən bilirib ki, Fransa Azərbaycan və Ermənistan arasında keçmiş münaqişənin həllinin onun iştirakı olmadan mümkünsüzlüyünü  göstərmək niyyətindədir: “Ermənistanın yanında olduğunu ermənidən çox erməni kimi davranaraq göstərir. Fransa prosesdə vasitəçi kimi iştirak edə bilməz. Çünki məlum qətnamə BMT-nin qətnamələri, beynəlxalq hüquqla ziddiyyət təşkil edir. Fransanın məkrli, təxribat xarakterli addımları qəbuledilməzdir, ikitərəfli münasibətlərə xələl gətirir. Belə olan təqdirdə Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasında vasitəçi ola bilməz. Fransa aşkar şəkildə Ermənistanın tərəfini saxlayır, dəstək nümayiş etdirir”.

Millət vəkili daha sonra vurğulayıb ki,  son proseslər göstərir ki, Fransa bu addımı ilə özünü Qarabağdakı ermənilərin təəssübkeşi və cavabdehi kimi aparmağa cəhd göstərir. Amma unudurlar ki, Azərbaycan Prezidenti Qarabağ ermənilərini ölkənin vətəndaşları kimi görür və onların hüquqlarının təmin ediləcəyini bildirir. Bunun üçün isə şərt Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamağı qəbul etmələridir. C.Məmmədov daha sonra əlavə edib ki, yeri gəlmişkən Prezident İlham Əliyevin Şuşadakı çıxışı zamanı  qeyd etdiyi bir məqamı xatırlatmaq istərdim: “Azərbaycan öz məqsədlərinə doğru irəliləyəcək. Biz öz torpağımızdayıq, heç kimin torğpağını işğal etməmişik. Ermənistan işğal etdiyi ərazilərdən çəkilməlidir”.

Bütün bunlar isə Fransanın Azərbaycanın savaşda qalib gələrək bölgədə yeni reallıq yaratmasını həzm edə bilməməsinin təsdiqidir. Fransa parlamenti bu qərarı ilə regionda sülhün yox, qarşıdurmanın hökm sürməsində, dinc həyatın bütün şərtlər əsasında bərpa edilməməsində maraqlı olduğunu göstərdi.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər