Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyə haqlı mübarizəsində Azərbaycan xalqının yanında olduğu kimi, sülhün təmin edilməsində də yanındadır.
"8 Noyabrda qeyd etdiyimiz şanlı Qarabağ zəfərinin ikinci ildönümündə şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə şəfa diləyirik" - deyə R.T.Ərdoğan deyib. (Trend)