26.02.2026, 06:37
AZ EN
25.02.2026, 18:50 108

Litva səfirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

XƏBƏRLƏR
  • Litvanın Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıda "Ana harayı" abidəsinin önünə gül dəstələri qoyaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər.

Bu barədə diplomatik nümayəndəliyin feysbuk sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Bu, dərin hüzn günüdür. Biz Azərbaycanda bu cür kəskin hiss olunan itki ağrısını bölüşürük", - məlumatda qeyd olunub.

Səfirlikdən, həmçinin bildirilib ki, bu cür faciələrin bir daha təkrarlanmaması üçün tarixi yaddaşın qorunması zəruridir. (Report)

Oxşar xəbərlər