"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Ermənistanda fəaliyyət göstərən "Biz və bizim dağlarımız" adlı fonda istinadən yayılan məlumatda deyilir ki, təkcə Sünik əyalətinin Tatev kəndində 7 ailəyə torpaq sahələri verilib. Bildirilir ki, torpaq sahələri əsasən kənd təsərrüfatı məqsədilə Qarabağı könüllü tərk etmiş ailələrə əvəzsiz olaraq paylanılır. Həmin ailələrin onların istifadəsinə verilmiş torpaq sahələri üzərində mülkiyyət hüququ da rəsmiləşdirilir. Rəsmi sənədlərdə onların torpaq sahələrindən kənd təsərrüfatı məqsədilə yararlana biləcəyinə dair xüsusi qeydlər də var.
Məlumatda o da qeyd olunur ki, Tatev kəndində Qarabağdan köçmüş ailələrə təqdim olunan əkin sahələri "Tatevin qanadları" adlanan kanat yolunun balansındadır. "Tatevin dirçəldilməsi" layihəsi çərçivəsində ayrılmış əkin sahələrinin suvarma suyu və yol infrastrukturlarına yaxın yerləşməsi isə torpaqdan səmərəli istifadənin stimullaşdırılmasına xidmət edəcək.
Xatırladaq ki, "Biz və bizim dağlarımız" fondu hazırda Bakıda məhbus həyatı yaşayan və bu yaxınlarda başa çatmış məhkəmənin qərarı ilə barəsində 20 il azadlıqdan məhrumetmə hömü çıxarılmış Ruben Vardanyandır. Qırx dörd günlük Vətən müharibəsinə qədər daha çox rusiyalı milyarder kimi tanınan Vardanyan vaxtilə 2020-ci ildən sonra Rusiyadan Qarabağa köçərək Azərbaycanın suveren ərazilərində qanunsuz fəaliyyətlər göstərmiş, separatçı quruma maliyyə və siyasi dəstək vermiş, Qarabağ ermənilərini xalqımıza qarşı terrpra hazırlamışdı. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra o da separatçı dəstənin digər liderləri kimi, Qarabağı tərk edərək Ermənistana qaçmaq istəyərkən Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Elxan SALAHOV