"Gülüstan" sarayında baş tutan tədbirdə 600-dək məhkəmə hakimi, həmçinin Məhkəmə-Hüquq Şurasının üzvləri iştirak ediblər.
Tədbirin məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti Azərbaycanda gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaq olub.
Forum çərçivəsində məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar, qarşıda duran əsas vəzifələr, habelə ədalət mühakiməsi sahəsində mövcud olan müasir çağırışlar müzakirə edilib. (Report)