20.10.2024, 12:42
AZ EN
03.11.2022, 14:46 533

Ceyhun Məmmədov: “İran yeni təxribatlara əl atır”...

XƏBƏRLƏR

Milli Məcllisin deputatı Ceyhun Məmmədov İran xüsusi xidmət orqanlarının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmənin Dövlər Təhlükəsizlik Xidməti tərəfindən ifşa olunmasına münasibət bildirərkən vurğulayıb: “Proses onu göstərir ki, İran tərəfi Azərbaycanda təxribat əməllərini davam etdirir və bunda vətəndaşlarımızdan istifadə olunur. Dini məzmunlu şüarlar yazılan köynəklərin ölkəmizə gətirilməsi, aksiya iştirakçılarına paylanmasının planlaşdırılması təxribatın miqyasını göstərir. Bu, bir daha təsdiq edir ki, İran Azərbaycanda müxtəlif təxribatlar törədərək qarışıqlıq yaratmağa cəhd edir. Rəsmi Tehran bu məsələlərə cavab verməli, aydınlıq gətirməlidir”.

Azərbaycan tərəfi bütün məlumatlar tam təsdiqləndikdən sonra  İran tərəfindən izahat istəməlidir-, deyən millət vəkili bildirib ki, eyni zamanda diplomatik kanallarla məsələyə münasibət bildirilməlidir. Proseslər göstərir ki, biz hesabat istəmədikcə, məsələ qaldırmadıqca İran yeni əməllərə davam edir, yeni təxribatlara əl atır. Deputat Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin cənub sərhədləriə yaxın ərazilərdə hərbi təlimlərə başlamasının vacibliyini də bildirib: “İram bizim sərhədlərimizdə hərbi təlimlər keçirirsə, Azərbaycan da qarşılığında eyni formada cavab verə bilər. İranın sərhəddəki təlimlərinin mütləq cavabı olmalıdır”.

Qeyd edək ki, İran Ermənistana dronlar satmağı barədə sənəd imzalayaraq ona daim hərbi yardım göstərəcəyini Paşinyanın Tehrana səfəri zamanı xüsusi vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər