Bu barədə Prezident İlham Əliyevin 2 Fevral - Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə müraciətində bildirilib.
"30 illik işğala son qoyaraq xalqımızın Qələbə əzmini bütün dünyaya nümayiş etdirən qəhrəmanlarımızın əksəriyyətini məhz gənclər təşkil etmişdir. Bu Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir", - müraciətdə qeyd edilib. (APA)