05.03.2026, 14:12
AZ EN
28.01.2026, 10:28 203

Paşinyandan Ermənistan ordusuna mesaj: "Biz müharibəyə yox, sülhə hazırlaşrıq"

XƏBƏRLƏR
  • Ermənistan və Azərbaycan arasında sülh artıq bərqərar olub və sülhdən daha etibarlı təhlükəsizlik qarantiyası mövcud deyil.

"Vətən səsi" xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının 34-cü ildönümü münasibətilə yayımladığı təbrik məktubunda belə yazıb. O, sosial şəbəkələr vasitəsilə yaydığı təbrik mesakında bildirib ki, Ermənistanın bundan sonra müharibəyə deyil, sülhə hazırlaşdığını deyib: "Biz müharibəyə hazırlaşmırıq, çünki müharibə olmayacaq. Buna baxmayaraq, ordunun inkişafı davam edəcək. Ordu dövlətin ən vacib institutlarından biridir və diplomatiyanın yetərli olmadığı hallarda mümkün şərti təhdidlərə qarşı dayanıqlı olmaq üçün güclü müdafiə qabiliyyətinə malik silahlı qüvvələrə sahib olmaq vacibdir. Güclü ordusu olmayan dövlət həssas olur və təcavüz riskinə açıq qalır. Ermənistan heç vaxt belə bir vəziyyətdə olmamalıdır".

Ermənistanın Baş naziri Azərbaycanla demarkasiya prosesinin hazırkı vəziyyətoində də danışıb. O, qeyd edib ki, bu məsələ hər iki ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan demarkasiya komissiyalarının birgə fəaliyyətinin əsasnaməsində öz əksini tapıb və demarkasiya prosesi çərçivəsində həll olunacaq: "Ermənistan ordusunun beynəlxalq müqavilələrə əsaslanan sülhməramlı missiyalarda iştirak istisna olmaqla, beynəlxalq səviyyədə tanınmış 29 743 kvadrat kilometr ərazini müdafiə etməkdən başqa vəzifəsi yoxdur. 2022-ci il oktyabrın 6-də Praqada dördtərəfli formatda əldə olunmuş siyasi razılaşmaya əsasən, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu strategiya ardıcıl şəkildə davam etdiriləcək. Ermənistan ordusunun beynəlxalq müqavilələrə əsaslanan sülhməramlı missiyalarda iştirak istisna olmaqla, beynəlxalq səviyyədə tanınmış 29 743 kvadrat kilometr ərazini müdafiə etməkdən başqa vəzifəsi yoxdur".

Baş nazir əlavə edib ki, Ermənistanın silah və hərbi texnika əldə etməsi beynəlxalq tərəfdaşlar tərəfindən bir sıra səbəblərə görə rədd edilib. Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar satılan silahların Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda istifadə edilməyəcəyinə əmin ola bilməyiblər.

İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini dondurmasından danışan Nikol Paşinyan deyib ki, qurumun üzvləri 2022-ci ilin sentyabr ayı vəziyyətinə görə Ermənistanın təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etmək öhdəliklərini yerinə yetirməkdən imtina ediblər: "Onlar həmçinin yüz milyonlarla dollar dəyərində silah və texnika tədarükünü təmin etməyiblər, halbuki Ermənistan bu ödənişləri artıq etmişdi".

Elxan SALAHOV

Oxşar xəbərlər