27.11.2024, 06:07
AZ EN
02.11.2022, 11:05 508

Ermənilər etiraf edirlər: bu, xarici siyasət sahəsində növbəti fiaskodur

XƏBƏRLƏR
  • “Sosial şəbəkələr Soçidə keçirilən üçtərəfli görüş, xüsusən orada qəbul edilən yekun bəyanatla bağlı şərhlərlə doludur. Erməni və rusiyalı ekspertlər və siyasətçilər Ermənistanın faktiki hakimiyyətinin növbəti dəfə diplomatik fiaskoya uğradığını bəyan edərək, Ermənistanın gündəliyindəki ən ağrılı məsələlərin heç birinin sənəddə əksini tapmadığını vurğulayırlar”.

“Qolos Armenii” (“Ermənistanın səsi”) qəzeti belə yazır. Məqalədə xatırladılır ki, bəyanatda Dağlıq Qarabağ “Rusiya sülhməramlı kontingentinin yerləşdirmə zonası” adlandırılır və respublika əhalisinin deyil, onun təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi vurğulanır, erməni əsirlərin repatriasiyası ilə bağlı konkret məsələ isə bulanıq “humanitar məsələlər bloku”nda “boğulurlar”, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Respublikası ərazisindən çıxarılmasının zəruriliyi isə, ümumiyyətlə, qeyd olunmur. Bəli, bu, Ermənistan hakimiyyətinin xarici siyasət sahəsində növbəti fiaskosu, həm bütövlükdə hökumətin, həm də Xarici İşlər Nazirliyinin və şəxsən “baş danışıqçı”nın yararsızlığının növbəti bariz təzahürüdür. (VS)

Oxşar xəbərlər