27.01.2026, 03:25
AZ EN
26.01.2026, 18:40 151

ABŞ və Ermənistan TRIPP layihəsinin həyata keçirilməsini müzakirə edib

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komitəsinin sədri Sarqis Xandanyan və ABŞ Konqresinin xarici əlaqələr komitəsinin nümayəndəsi Lens Kokonos TRIPP (Tramp Marşrutu) layihəsinin həyata keçirilməsi prosesini müzakirə ediblər.

Bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

"Görüş zamanı tərəflər TRIPP layihəsinin həyata keçirilməsinin vacibliyini müzakirə edib, həmçinin yaxın perspektivdə bu istiqamətdə daha sonrakı iş və praktiki addımlarla bağlı fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.

Həmçinin tərəflər Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində son hadisələrə, eləcə də qarşılıqlı maraq doğuran cari regional məsələlərə xüsusi diqqət ayırıblar. (Report)

Oxşar xəbərlər