Bu barədə "Baku TV"nin kompleksdən hazırladığı reportajda deyilir.
Bildirilir ki, işğal dövründə dağıntılara məruz qalan Ağdamda ayaqda qalan və bu gün yenidən dirçələn əsas simvollardan biri məhz İmarət Kompleksidir.
Bərpa işləri tarixi memarlıq abidəsinin ilkin görkəminin maksimum dərəcədə qorunması prinsipi əsasında həyata keçirilib. Məqsəd yalnız tarixi tikilini deyil, eyni zamanda Ağdamın mədəni kimliyini yenidən dirçəltməkdir.
İmarət Kompleksinin şöbə müdiri Aynurə Cəfərova bildirib ki, Ağdam işğaldan azad olunduqdan sonra ilk növbədə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa etdirilən İmarət Kompleksində restavrasiya işlərinə başlanılıb. (Report)