Hazırda məktəbdə 644 şagird təhsil alır, 39 müəllim isə pedaqoji fəaliyyət göstərir.
Qeyd edək ki, "Böyük Qayıdış" Proqramı çərçivəsində gələcəkdə həm şagirdlərin, həm də müəllimlərin sayının artması gözlənilir. Məktəbin bu günə qədər ümumilikdə 30-dan çox məzunu olub. Onların böyük əksəriyyəti ali təhsil müəssisələrinə qəbul olunub.
"Baku TV" bu günlərdə Ağdamın Xıdırlı kəndindəki məktəbdən də reportaj hazırlayıb.
Bildirilir ki, 2025-ci ilin sentyabr ayında fəaliyyətə başlayan Ağdam rayonu Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində hazırda 226 şagird təhsil alır. 30 nəfərlik heyəti olan məktəb ümumilikdə 500-dən artıq şagirdin təhsil alması üçün nəzərdə tutulub. Sevindirici hal ondan ibarətdir ki, yanvar ayında məktəbin şagirdləri ilk dəfə olaraq öz təhsil ocaqlarını olimpiadalarda təmsil edəcəklər. (Report)