15.01.2026, 15:33
AZ EN
07.01.2026, 17:27 107

II Qaregin yanvarın 15-dək...

XƏBƏRLƏR
  • Bütün ermənilərin katolikosu II Qaregin yanvarın 15-dək vəzifəsindən uzaqlaşdırılacaq.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı ölkənin tanınmış din xadimlərindən sayılan Armen Melkonyana istinadən məlumat yayıb. O, jurnalistlərə bildirib ki, Paşinyan hökuməti ilə II Qaregin arasında uzun müddətdir davam edən mübahisə və mübarizə məntiqi sonluğa doğru davam edir: "Hər şey qaydasında gedir. Baş nazir Nikol Paşinyan və yepiskoplar ayın 15-dək Ktriç Nersisyanın (II Qaregin) səhifəsinin bağlanacağına qərar veriblər. Bu, son mərhələdir".

Erməni keşişin sözlərinə görə, II Qaregin katolikos taxtında olduğu müddətcə onu murdarlayır. O da təsdiqləyib ki, II Qaregin həqiqətən dövlət əleyhinə təbliğat aparmaq üçün kilsədən istifadə edir.

Bu arada Estoniyadakı erməni yeparxiyasının rəhbəri, arxiyepiskop Vazgen Mirzaxanyan da Erməni Apastol Kilsəsi ilə bağlı prosesin yekun mərhələyə qədəm qoyduğunu və yaxın vaxtlarda bu məsələlərdə gözlənilən mühüm dəyişikliklərin baş verəcəyini söyləyib. O, bütün ermənilərin katolikosu II Qareginin tezliklə vəzifəsindən uzaqlaşdırılacağını bildirib.

Mirzaxanyan Ermənistan Baş naziri Nikol Paşinyanın kilsə islahatlarını dəstəklədiyini də açıqlayıb. Arxiyepiskop əlavə edib ki, erməni kilsəsi köhnə və sovet qaydaları ilə idarə edilə bilməz: "Hökumətin kilsə islahatlarını dəstəkləyirəm. Çünki kilsə ilə dövlət arasında sağlam əməkdaşlıq olmalıdır. Amma Ermənistanda kilsəyə dua etmək, moizə oxumaq üçün gedən bir lideri xatırlamıram. Əminəm ki, II Qareginin taxtdan uzaqlaşdırılması prosesi çox yaxınlarda uğurla başa çatdırılacaq. Tanrı da bundan razı olacaq".

Elxan SALAHOV

Oxşar xəbərlər