NGBM-dən bildirilib ki, müzakirələr zamanı qlobal çağırışlar fonunda çoxtərəfli əməkdaşlığın gücləndirilməsi və sülh mədəniyyətinin təşviqi məsələlərinə toxunulub.
Eyni zamanda, gənclər proqramları çərçivəsində mümkün əməkdaşlıq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin UNESCO-nun fəaliyyətində daha fəal iştirakı, UNESCO-nun missiyasının qlobal səviyyədə təbliği məsələləri, o cümlədən UNESCO-nun Baş direktoru Xalid Əl-Ananinin 2026-cı ilin martında Bakıda keçiriləcək 13-cü Qlobal Bakı Forumunda iştirakı müzakirə edilib. (AZERTAC)