19.01.2026, 06:15
AZ EN
23.12.2025, 11:58 206

Azad olunan ərazilərdə MMC statuslu vahid Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi yaradılacaq

XƏBƏRLƏR
  • Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyəti təkmilləşdirilir.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərarla Yerli icra hakimiyyəti başçısının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi təsdiqlənib.

Yerli icra hakimiyyəti (Bakı şəhəri, Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər və Qubadlı rayonları istisna olmaqla) orqanları altı ay müddətində aidiyyəti üzrə tabeliklərində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin əsasında məhdud məsuliyyətli cəmiyyət statusunda vahid Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin yaradılması ilə bağlı təklifləri Nazirlər Kabinetinə təqdim edəcək. (Report)

Oxşar xəbərlər