19.04.2026, 20:35
AZ EN
18.12.2025, 09:47 239

Fransa Ermənistanı yenə silahlandıracaq

XƏBƏRLƏR
  • Ermənistan və Fransa müdafiə nazirlikləri 2026-cı il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, hər iki ölkənin rəhbərliyi səviyyəsində əldə edilmiş razılıq əsasında hazırlanmış əməkdaşlıq proqramına hərbi müdafiə xarakterli bir neçə tədbir daxildir. Sənəd 15-16 dekabr tarixlərində Parisdə keçirilən ikitərəfli strateji məsləhətləşmələrin yekununda imzalanıb.

Faransa hökuməti müdafiə proqramının hazırlanmasına Ermənistan tərəfdən Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəisi Levon Ayvazyan rəhbərlik edib. Məsləhətləşmə zamanı Ayvazyan Fransa Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr və Strategiya Departamentinin bu yaxınlarda təyin olunmuş rəhbəri Qiyom Olanye ilə görüşüb.

Müdafiə proqramı ilə bağlı növbəti strateji məsləhətləşmələrin İrəvanda keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Fransa Ermənistanı 44 günlük müharibədən sonra sürətli silandırmağa başlayıb. Halbuki 2022-ci ildək Paris və İrəvan arasında bu səviyyədə hərbi əməkdaşlıq demək olar, qeydə alınmayıb. İkinci Qarabağ müharibəsindən sonra isə iki ölkə arasında razılaşdırılmış müdafiə proqramına uyğun olaraq, 2023-2024-cü illərdə Fransa Ermənistana 274,5 milyon avro dəyərində silah satıb. Proqrama Ermənistan ordusunda peşəkarlığın artırılması üçün hərbi təlimlərin keçirilməsi və birgə əməliyyatlar da daxildir. Gələn il isə quru qoşunlarının təchizatı üçün dəstək tədbirlərinin davam etdirilməsi, o cümlədən erməni hərbçilərinin dağ döyüş bacarıqlarının inkişaf etdirilməsi, Ermənistanın müdafiə sənayesində bir neçə birgə layihənin icrasına başlamaq nəzərdə tutulur.

Elxan SALAHOV

Oxşar xəbərlər