13.12.2025, 02:31
AZ EN
13.12.2025, 00:35 104

Qərbi Azərbaycan Xronikası: Polad camaatı kənddə 16-cı əsrin əvvəllərindən yaşayır

XƏBƏRLƏR

"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, "Polad camaatı kənddə XVI əsrin əvvəllərindən yaşayır" adlı veriliş əslən Şəmşəddil mahalı, Qaraqoyunlu dərəsi, Karvansara rayonunun, Polad kənd sakini Sabir Mirzəyevin həyat hekayəsinə həsr olunub.

O, 1946-cı ildə ziyalı ailəsində doğulduğunu, orada keçirdiyi xoş günlərdən danışıb: "O günlər yada düşdükcə kövrəlirəm. Polad və Tərsi çaylarının qovşaqında yerləşən kəndimizin təbiəti çox mənzərəli idi. Kəndin əhalisi 16-cı əsrin əvvəllərindən orada yaşayıb. 1905-1906, 1915-1917, 1948-ci illərdə camaat ermənilər tərəfindən deportasiyaya məruz qalsa da, doğma yurda qayıdıblar".

Onun sözlərinə görə, ermənilər həmişə ayrı-seçkilk ediblər: "İdman olimpiadalarında erməniləri udanda onlar qəbul edə bilmirdilər ki, azərbaycanlılar, türklər bunları udur. Hər yerdə millətçiliklərini göstərirdilər. Camaat həmişə onlardan gileylənirdi. 1975-ci ildə ermənilər kənddə təbliğat aparırdılar ki, soyqrımı günü rayona, mağazalara getməyin. Onlar camaatı qorxudurdular, şikayətlərə baxmırdılar. Deyirdilər, Azərbaycana gedin. İnsanları məcbur edirdilər ki, oradan köçsünlər, kənd yavaş-yavaş boşalsın".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. (Report)

Oxşar xəbərlər