Bu fikirləri bu gün Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzususunda lll Beynəlxalq Konfrans çərçivəsində Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, soydaşlarımız 37 il əvvəl Qərbi Azərbaycandan, dədə-baba yurdlarından qovulublar:
"Bu müddət ərzində Qərbi Azərbaycanda mədəni irsimiz xeyli zərər görüb. Mədəni irs nümunələrimiz erməni vandalizminə məruz qalıb. Bununla bağlı UNESCO-ya müraciət etmişik".
Ə. Ələkbərov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra ilk addım olaraq, Qərbi Azərbaycanda mədəni irsimizin gündəmə gətirilməsini vacib hesab edirik. (Trend)