"Vətən səsi" xəbər verir ki, bu barədə Mərkəzi Asiya Regional Əməkdaşlıq Proqramıın (CAREC) Türkmənistandakı ofisinin direktoru Mergen Kepbanov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda bildirib. O, forumun "Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü" adlı paneldə çıxışı zamanı türk dünyasında inteqrasiya proseslərinin sürətləndiyini məmnunluqla vurğulayıb: “Zəngəzur dəhlizi təkcə nəqliyyat layihəsi deyil, həm də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin strateji həmrəyliyinin və iqtisadi birliyinin simvoluna çevrilib”.
Həm də CAREC-in lahiyə ofisinə rəhbərlik edən Mergen Kepbano bildirib ki, indiki şərtatdə Türkmənistanın türk dövlətləri ilə daha sıx əməkdaşlığa hazır olması xüsusi önəm daşıyır: “Türkmənistan qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsi, enerji və tranzit sahələrində ümumi layihələrə qoşulmaq niyyətindədir”.
Xatırladaq ki, 2010-cu ildən CAREC-in üzvü olan Türkənistan bu proqramın 6 beynəlxalq nəqliyyat və ticarət dəhlizi vasitəsilə beynəlxalq əlaqənin inkişafına xüsusi töhfələr verir. Rəsmi Aşqabad 2018-ci ildə CAREC-ə sədrlik edib və həmin il Proqramın Qarşıdan Gələn Fəaliyyət Planı (CAREC Integrated Trade Agenda - CITA 2030) təsdiq edilib. CAREC-in Türkmənistandakı nümayəndəliyi ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf məsələləri üzrə fəaliyyətləri dəstəkləyir.
Elxan SALAHOV