Bu sözləri Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumunun açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev deyib.
O qeyd edib ki, səfirlərimiz Beyin Mərkəzləri ilə bağlı müzakirələri diqqətlə izləməlidir. “Həmin illər ərzində yeni dostlar qazandığımı və müxtəlif ölkələrin ABŞ-da özlərini necə təqdim etdiklərini xatırlayıram. O dövrdə, Azərbaycandan ABŞ-a səfər edənlər çox az idi və diplomatiya mənim üçün tamamilə yeni bir sahə sayılırdı. ABŞ-da Azərbaycan barədə məlumat isə kifayət qədər deyildi, ölkəmizi tanımırdılar. Lakin bu gün dünyanın bir çox ölkəsində Azərbaycana böyük maraq göstərilir”, - deyə H.Paşayev vurğulayıb.
Rektor Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qoşulmasını xatırladıb: “Düşünürəm ki, bu addım hər iki tərəf üçün faydalı olacaq. Həmçinin forum çərçivəsində yeni ideyalar və məlumatlar təqdim ediləcəyinə ümid edirəm”. (AZƏRTAC)