Nazirlik bu barədə sosial media hesabında paylaşım edib.
"Bu gün qardaş Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümüdür. Əziz xatirəsi qardaş xalqlarımızın yaddaşında əbədi yaşayan böyük dövlət xadimi, sərkərdə və siyasətçi Mustafa Kamal Atatürkü dərin hörmət ilə anırıq", - paylaşımda qeyd olunub. (Report)