Məhəmməd Şahbaz Şərif bunu Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib.
"Ən qısa zamanda Zati-alinizə münasib vaxtda Pakistana səfərinizi səbirsizliklə gözləyirik. Bu baxımdan, məmnunluqla bildirirəm ki, heyətlərimiz həmin səfər zamanı bir sıra qarşılıqlı faydalı təşəbbüslərin rəsmi şəkildə başladılması üçün bəzi məsələləri yekunlaşdırmaq istiqamətində səylə çalışırlar", - o vurğulayıb. (Report)