19.11.2025, 16:45
AZ EN
05.11.2025, 11:14 204

STM sədri: Qarabağ tarixdə ilk dəfə dağıdıcılıq deyil, quruculuq və bütövlük məkanıdır

XƏBƏRLƏR
  • Qarabağ tarixdə ilk dəfə dağıdıcılıq deyil, quruculuq və bütövlük məkanıdır.

Bu sözləri Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən "XXI Əsrdə Dövlət Suverenliyi və Milli Konstitusiyalar: Qlobal Çağırışlar, Tendensiya və Perspektivlər" adlı beynəlxalq elmi-praktik konfransda açılış nitqində deyib.

Onun sözlərinə görə, 8 noyabr Zəfəri ötən əsrin 90-cı illərindəki işğalın və ərazi iddialarının proqramına çevrilən Ermənistan konstitusiyasını da dəyişməkdədir:

"İrəvanda on illərdir düşmənçilik qanunları, kilsənin savaş ayinləri, nifaq kitabları, işğal dərslikləri dinc qonşuluq və əmin-amanlıq aktları ilə əvəzlənir".

Z.Oruc qələbədən sonra Azərbaycanın beynəlxalq və daxili statusunun dəyişməsini, ərazi bütövlüyündə yeni inzibati-idarəetmə mexanizmlərinin yaradılmasını, Qarabağın reinteqrasiyasını, idarəçilik sisteminin modernləşdirilməsini, milli həmrəyliyin güclənməsi - "Vahid Azərbaycan" ideyasınin genişlənməsini qalib konstitusiyanın qarşısındakı gələcək hədəflər kimi qiymətləndirib.

STM sədri müasir dünyanın yeni çağırışlarla üz-üzə olduğunu da ifadə edib:

"Bəşəriyyət rəqəmsal əsarət, saxta informasiya və hibrid hücumlar, xalqların mədəni və ideoloji müstəqilliyinə edilən qəsdlərlə üz-üzədir". (Report)

Oxşar xəbərlər