"Vətən səsi" xəbər verir ki, bu barədə “Novosi Armeniya” Ermənistanın Baş naziri Nikol Paşinyanın “Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” adlı Orbeli Forumunda çıxışına istinadən yazıb. Nəşrin bildirdiyinə görə, Paşinyan 2024-cü ildə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin başlanmasını “uğur tarixçəsi” kimi qiymətləndirib: "Sərhədin delimitasiyası ilə bağlı razılaşma Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasında açar, dönüş nöqtəsi rolunu oynayıb: "Hər iki ölkə Alma-Ata Bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanıyır və bu faktın Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişində də əks olunub".
Paşinyan əlavə edib ki, sərhədlərin delimitasiyayası haqqında imzalanmış sənəd beynəlxalq status daşıyır və hər iki tələb orada göstərilən reqlamentə uyğun addımlar atmağı öhdəlik kimi götürüb: "2024-cü ildə Ermənistan və Azərbaycan delimitasiya komissiyalarının fəaliyyətinə dair reqlament imzaladılar. Bu sənəd hər iki ölkədə ratifikasiya olundu. Əslində bu, Ermənistan və Azərbaycan arasında hər iki ölkə üçün de-yure qüvvəyə malik ilk ikitərəfli beynəlxalq sənəddir. Həmin reqlamentdə ən mühüm məqam ondan ibarətdir ki, iki ölkə arasında sərhədin delimitasiyasının əsas prinsipi Alma-Ata Bəyannaməsi olacaq.
Erməni nəşrinin yazdığına görə, Paşinyan iki ölkənin dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələri arasında başlanmış dialoqun nəticələrindən də məmnunluğunu ifadə edib: “Mənim tapşırığıma əsasən, Ermənistanın dövlət qurumları vətəndaş cəmiyyəti nümayəndələri, ziyalılar, siyasi və partiya xadimləri, bəzən də diaspor nümayəndələri üçün Tavuşun Kiranç hissəsində və ona bitişik sərhəd ərazilərinə səfərlər təşkil edir. Məqsəd – bizim ‘sülh gündəliyi’ dedikdə nəyi nəzərdə tutduğumuzu yerində göstərməkdir. İndiyədək bu səfərlər barədə heç bir mənfi rəy səslənməyib".
Elxan SALAHOV