20.11.2025, 04:27
AZ EN
30.10.2025, 14:31 122

Türkiyə rəsmiləri İrəvanda, Ərdoğan isə Bakıda...

XƏBƏRLƏR
  • Türkiyənin nümayəndə heyəti Ermənistanda səfərdədir. Səfər çərçivəsində türkiyəli rəsmilər İrəvanda Ermənistanın Radio və Televiziya Komissiyasının təşkilatçılığı ilə Avropa Tənzimləyici Orqanlar Platformasının (EPRA) iclasında iştirak ediblər.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, tədbirdə Türkiyə Radio və Televiziya Üst Kurulu (RTÜK) üzvləri də iştirak ediblər. Sessiya zamanı audiovizual media sektorunda cari durum, üzv təşkilatlar arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Türkiyəli qonaqların Ermənistanda beynəlxalq səviyyəli tədbirdə iştirak etdiyi vaxtda qardaş ölkənin lideri,  prezident Rəcəb Tayyib Ərdoğanın oğlu, Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycana səfər edib. O, Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Bakıda keçirilən qəbulda iştirak edib. Gülüstan Sarayında keçirilən rəsmi qəbulda jurnalistlərə açıqlama verən Bilal Ərdoğan Türkiyə prezidentinin salamlarını gətirdiyini və Cümhuriyyət bayramı tədbirində iştirakdan məmnunluğunu ifadə edib: "Azərbaycana Cümhuriyyət bayramımızla əlaqədar gəlmişəm. Tədbirdən sonra geri qayıdacam. Dostluq və qardaşlığımız əbədi olsun. Burada olmaq çox gözəl hissdir".

Bilal Ərdoğan deyib ki, avqustin 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi razılaşmalardan sonra Zəngəzur dəhlizinin açılmasını həyəcanla gözləyir: "Könül istərdi ki, kommunikasiyalar daha əlçatan olsun. Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana tez-tez gedib gələk".

Elxan SALAHOV

Oxşar xəbərlər