15.10.2025, 14:22
AZ EN
15.10.2025, 09:31 147

Fransa Prezidenti ilk dəfə ölkənin 50 sevimli siyasətçisi siyahısına düşməyib

XƏBƏRLƏR
  • Fransa Prezidenti Emmanuel Makron ölkənin "Ifop-Fiducial" barometrində "Fransızların əlli sevimli siyasi şəxsiyyəti" siyahısına düşməyən ilk fəaliyyətdəki prezidenti olub.

Bu barədə "Paris Match" nəşri məlumat yayıb.

Sorğunun nəticələrinə görə, 51-ci yerdə qərarlaşan Makron, demək olar ki, Fransua Bayru ilə eyni nəticələrə malikdir (21,5% və 21,9% müsbət rəy). Onun sələfləri Nikola Sarkozi və Fransua Olland öz prezidentlik müddətləri ərzində heç vaxt 43-cü yerdən aşağı düşməyiblər.

"Sorğuda iştirak edən fransızların 78%-i indi Emmanuel Makron haqqında mənfi fikirdədir", - "Ifop"un baş direktoru Frederik Dabi qeyd edib.(Report)

Oxşar xəbərlər