16.10.2025, 17:51
AZ EN
14.10.2025, 09:43 120

Əliyev-Paşinyan görüşü: iki ayda dörd dəfə...

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə avqustun 8-də Vaşinqtonda görüşdükdən və sülh sazişini parafladıqdan sonrakı iki ay ərzində 4 dəfə görüşüb fikir mübadiləsi aparmaq imkanı qazanıblar.

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Azərbaycan və Ermənistan liderlərinin son vaxtlar intensiv xarakter alan görüşlərini şərh edərkən bildirib. O, xatırladıb ki, Əliyev və Paşinyan çox qısa zaman kəsiyində Şanxay Əməkdaşlıq Təşkilatı, Kopenhagendə Avropa Siyasi Birliyi, Düşənbədə Müstəqil Dövlətlər Birliyi və Misirdə Yaxın Şərq Sülh Sammitində iştirak ediblər və fürsətdən istifadə edərək fikir mübadiləsi aparıblar: Bu ilin sonuna qədər iki liderin digər tədbirlərdə iştirakı da mümkündür. Belə görüşlər onlara fikir mübadiləsini davam etdirmək imkanı yaradacaq. Bu dialoq Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması baxımından faydalıdır. Erməni radikallar Nikol Paşinyanın İlham Əliyevlə artan təmaslarından narahat olsalar da, buna qarşı arqumentləri yoxdur, çünki “bu görüşlər Ermənistanın maraqlarına ziddir” kimi məntiqsiz açıqlamaların onların işinə yaramayacağını anlayırlar".

Elxan SALAHOV

Oxşar xəbərlər