Zəngəzur dəhlizinin tikintisi zamanı indiki Ermənistanın ərazisindan keçən 40 kilometrlik hissəsinə 1 kilometrlik Arazdəyən-Naçıvan dəmir yol xətti də daxil ediləcək.
"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı ölkənin iqtisadiyyat naziri Gevorq Papoyana istinadən məlumat yayıb. Bildirilir ki, ermənilərin "Yerasx" adlandırdığı Arazdəyəndən Naxçıvana qədər olan dəmir yolu xəttinin yenidən qurulması üezərində də iş aparılır.
“Yerasx-Naxçıvan dəmir yolu xəttinin 1 kilometrlik hissəsi mütləq istifadəyə veriləcək. Düşünürsünüz ki, 40 kilometrdən çox dəmir yolu inşa edəcəyik, amma həmin 1 kilometri yox? Belə düşünməyə heç bir əsas yoxdur və tikinti işləri mütləq həmin 1 kilometrlik hissədə də aparılacaq və yol açılacaq”, - deyə, nazir qeyd edib.
Gevorq Papoyan Ermənistanın Türkiyə ilə sərhədləriinn açılacağına da əminliyini ifadə edib. Erməni nazirin fikrincə, Türkiyə ilə sərhədlər açıldıqdan sonra Ermənistan dənizlərə çıxış əldə edəcək.
Gevorq Papoyanın bu açıqlaması dolayısı ilə Ermənistanın Zəngəzu dəhlizinin 40 kilometrlik hissəsinin tikintisinə hazırlaşdığını bir daha təsdiqləyir.
Xatırladaq ki, Zəngəzur dəhlizinin açılması və kommunikasiya xətlərinin Ermənistan ərazisindən keçən hissəsinin tikintisi ilə bağlı texniki məsələlərin razılaşdırılması məqsədilə Türkiyə və ABŞ hökumətinin rəsmi nümayəndələri İrəvana bir neçə dəfə səfər edib..
Elxan SALAHOV