10.10.2025, 15:38
AZ EN
06.10.2025, 17:47 129

Erməni jurnalist Zəngəzur dəhlizindən reportaj hazırlayıb

XƏBƏRLƏR
  • "Avqustun 8-də Vaşintonda əldə edilmiş razılaşmalardan sonra “Tramp yolu” və ya  “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlandırılan Zəngəzur dəhlizinə 99 il ərzində ABŞ nəzarət edəcək".

"Vətən səsi" xəbər verir ki, bunu Zəngəzur dəhlizindən reportaj hazırlayan “BBC News”un erməni müxbiri Qriqor Atanesyan deyib. O, qeyd edib ki,  43 kilometrlik yol İranla bütün sərhəd boyu Ermənistan ərazisindən keçməklə Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək: “Burada dəmir yolları, magistral yollar, boru kəmərləri çəkəcəklərinə də söz verirlər. Donald Tramp söyləyib ki, bu, hər üç ölkəyə iqtisadi fayda gətirəcək və bura böyük həcmdə pul qoyulacaq. Nəqliyyat sistemi sıfırdan qurulacaq”.

Atanesyan reportajında onu da vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın müdaxiləsi Rusiyanın ənənəvi olaraq “öz təsir dairəsi” hesab etdiyi regionda geosiyasi tarazlığı dəyişir. Eləcə də proseslərə təsir imkanları olmayan və Zəngəzur dəhlizinin açılmasından narahat olsa da, bunun qarşısını ala bilməyən İran baxımından.

Türkiyəyə gəlincə, BBC-nin müxbiri zəifləyən Rusiya fonunda Ankaranın regiondakı mövqeyinin kifayət qədər güclü olduğunu bildirib: “Ankara Ermənistanla münasibətlərin normallaşdırılması üzrə danışıqlar aparır və Naxçıvan vasitəsilə Türkiyə ilə Azərbaycan arasında birbaşa əlaqə yarada biləcək “Tramp yolu”na dəstəyini ifadə edib”.

Atanesyan Avropa İttifaqı, xüsusən Fransanın da bunda maraqlı olduğunun sözlərinə əlavə edib.

Elxan SALAHOV

Oxşar xəbərlər