10.10.2025, 07:35
AZ EN
06.10.2025, 17:18 108

Azərbaycanı istəməyən qüvvələr sülhə mane olur

XƏBƏRLƏR
  • "Zəngəzurdan keçəcək Tramp marşrutu Azərbaycanla yanaşı Ermənistan üçün də vacib inkişaf amilidir".

"Vətən səsi" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Ziyad Səmədzadə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” və ya qısaca olaraq TRIPP adlandırılan Zəngəzur dəhlizinin perspektivlərini şərh edərkən bildirib. O, qeyd edib ki, artıq bu istiqamətdə ölkəmiz tərəfindən mühüm işlər görülüb və bunun nəticələri gələcəkdə özünü daha çox büruzə verəcək: "Azərbaycanı istəməyən ermənipərəst qüvvələr Ermənistana sülh və digər məsələləri yubatmaqla bağlı təzyiq edirlər. Amma onlar bununla Ermənistan rəhbərliyini heç də düzgün olmayan bir yola sürükləyə bilərlər. Görünən isə odur ki, bu təhdidlər baş tutmayacaq. Zəngəzur dəhlizi Azərbaycanı Avropanı, Asiyanı birləşdirəcək. Ermənistan müəyyən qüvvələrin təsirindən çıxa bilsə, yeni yaranacaq imkanlardan o da faydalanacaq".

Ziyad Səmədzadə onu da əlavə edib ki, Azərbaycan hərb meydanında olduğu kimi, siyasət aləmindəd də qalib dövlət kimi özünü təsdiqləyir. Onun sözlərinə görə, əldə edilən nəticələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir: "Avropada, Amerikada, Asiyada Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət bəyənilir. Azərbaycan Prezidenti hazırda dünyada böyük nüfuza malik lider kimi qəbul edilir. Çin, ABŞ və Avropa dövlətləri artıq yeni reallığa uyğunlaşır. Vaxtilə Azərbaycana qarşı əsassız ittihamlarla çıxış edən bir çox Avropa dövlətləri indi Prezident İlham Əliyevlə dialoqa can atır, onunla görüşə böyük maraq göstərir. Ona görə də, bu gün Zəngəzur dəhlizinə qarşı çıxanlar gec-tez onun yaratdığı reallığı qəbul edəcək. Bir vaxtlar Nikol Paşinyan da sülhdən qaçmağa çalışırdı, indi isə o, Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlamaq niyyətini nümayiş etdirir".

Elxan SALAHOV

Oxşar xəbərlər