Ermənistan parlamenti “soyqırım” layihəsini rədd etdi
XƏBƏRLƏR
Ermənistan parlamenti “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini rədd edib.
"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, 58 deputat qanun layihəsinin əleyhinə, 26 deputat lehinə səs verib. Digər 2 deputat isə bitərəf qalıb.