10.10.2025, 21:17
AZ EN
02.10.2025, 07:57 214

İran və Azərbaycan sərhədçiləri 160-cı dəfə görüşdü

XƏBƏRLƏR
  • İran və Azərbaycan sərhədçiləri arasında növbəti görüş keçirilib. Bu, son bir il ərzində iki ölkənin sərhədçiləri arasında keçirilən 160-cı görüş kimi tarixə düşüb. 

"Vətən səsi" qonşu ölkədə yayımlanan  "Azad İran"a istinadən xəbər verir ki, bunu Parsabad sərhəd bölüyünün komandiri Zəfər Müniri bildirib. Onun sözlərinə görə, bu cür görüşlər əsasən sərhəd təhlükəsizliyinin artırılması, sərhədyanı ərazilərdə baş verən problemlərin həlli və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.

Sərhəd komandiri bildirib ki, İranın Polis Komandanlığının (FƏRACA) xüsusi qurumu sərhəd hərəkətlərinin monitorinqi, əməliyyatların koordinasiyası, sərhəd qanunvericiliyinin icrası və diplomatik tədbirlərin həyata keçirilməsi ilə məşğuldur. O qeyd edib ki, bu həftə ərzində Parsabad, Biləsuvar və Aslanduz bölgələrində 50 xüsusi sərhəd təhlükəsizlik proqramı həyata keçiriləcək.

Elxan SALAHOV

 

Oxşar xəbərlər