"Vətən səsi" xəbər verir ki, ABŞ prezidenti Virciniya ştatının Kuantiko piyada dəniz bazasına yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasında mühüm rol oynadığını deyib. O, qeyd edib ki, iki qonşu ölkə arasında uzunmüddətdir davam edən münaqişəsinin həllinə kömək etdiyi üçün özünü xoşbəxt hiss edir: "Bu münaqişə 36 il davam edib. Hamı deyirdi ki, bu münaqişə həll olunmayan problemdir. Amma mən onu həll etdim".
Donald Tramp avqustun 8-də Vaşintqonda İlham Əliyev və Nikol Paşinyan arasında əldə olunmuş razılaşmadan danışarkən hər iki liderin adını çəkmək istəsə də, erməni baş nazirin və ölkəsinin adı yadından çıxıb. O, fikrini jurnalistlərə "Azərbaycanın dövlət başçısı və o biri oğlan" şəklində çatdırıb.
Elxan SALAHOV