Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.
O bildirib ki, 30 ilə yaxın bir müddətdə tarixə qovuşan silahlı münaqişəni diplomatik dinc yollarla danışıqlar masası arxasında həll etməyə çalışılırdı:
"Lakin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin yalnız kağız üzərində qalması, ATƏT-in Minsk Qrupunun fəaliyyət qabiliyyətsizliyini nümayiş etdirməsi, Ermənistanın nizamlama prosesində destruktiv mövqe tutması əyani şəkildə göstərirdi ki, beynəlxalq hüququ bərpa etmək üçün danışıqlar yolu və "beynəlxalq vasitəçilərin səyləri" yetərli deyil. (Report)