19.10.2024, 04:52
AZ EN
12.10.2022, 16:45 138

Ceyhun Məmmədov: “Azərbaycan Prezidentinin Qırğızıstana səfəri iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək”

XƏBƏRLƏR
  • Azərbaycan Prezidentinin Qırğızıstana səfəri ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmmədov fikirlərini belə ifadə edib: “Bir müddət bundan əvvəl Qırğısıstan Prezidentinin Azərbaycana səfəri, hazırda Prezident İlham Əliyevin Qırğızıstana səfəri iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək”.

Millət vəkili  sonra qeyd edib ki, Azərbaycan Prezidentinin Qırğızıstanda yüksək səviyyədə qarşılanması, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı, ümumilikdə orada Azərbaycan, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında söylənilən fikirlər Azərbaycanın dünyada və bölgədə artan nüfuzunun göstəricisidir.

Millət vəkili bildirib ki, ölkə başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün dünyada və regionda Azərbaycana maraq daha da artıb: “”Hazırda dünyanın əksər ölkələri Azərbaycanla əlaqələrin daha da möhkəmləndirməyə çalışırlar. Prezident İlham Əliyevin xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdəndir. Bu gün Azərbaycan Tükr Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün  davamlı addımlar atır. Bu qurumun təşkilatlanmasında, daha da güclənməsində Türkiyə ilə Azərbaycan hazırda aparıcı rol oynayır”.

Dövlət başçısının Qırğızıstana səfərinin həm də bir çox mühüm görüş və ikitərəfli sənədlərin imzalanması ilə yadda qaldığını qeyd edən Cehun Məmmədov bildirib ki, tam əminliklə söyləyə bilərik ki, bu səfərlərlə iki dost və qardaş ölkə arasında əlaqələr yeni inkişaf  mərhələsinə qədəm qoydu.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər