"Vətən səsi" xəbər verir ki, bu gün İrəvanda NATO Parlament Assambleyasının iki günlük 108-ci Rouz-Rot seminarı işə başlayıb. İki gün davam edəcək toplantıya Azərbaycan və Türkiyə ilə yanaşı bir sıra ölkələrin nümayəndələri qatılıb.
Ermənistan mətbuatının yaydığı məlumata görə, rəsmi İrəvan Azərbaycan və Türkiyədən olan nümayəndə heyətlərinin tədbirdə iştirak etdiyini dəsdiqləyib. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan Azərbaycan nümayəndə heyətinin üzvü Məmmədovun seminarın sual-cavab panelində iştirak edəcəyini də söyləyib. Onun Azərbaycan-Ermənistan sülh prosesi və regional dinamika mövzusunda çıxış edəcəyi nəzərdə tutulurr.
Xatırladaq ki, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ramid Namazovdur.
Elxan SALAHOV