10.10.2025, 15:51
AZ EN
16.09.2025, 10:19 244

Ermənistan-Türkiyə yaxınlaşması: imitasiya, yoxsa...

XƏBƏRLƏR
  • Son bir neçə ayda Ermənistan-Türkiyə münasibətlərində normallaşdırma prosesi yeni mərhələyə qədəm qoyub. Belə ki, hər iki ölkənin hökumət nümayəndələri İrəvan və Ankaraya rəsmi səfərlər edir, sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması istiqamətində mühüm addımlar atılır. Avqustun 8-də Vaşinqtonda  ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi razılaşmalardan sonra İrəvan və Ankara arasında qarşılıqlı əlaqələr bir az da intensivləşib.

Bəs, Qarabağın işğalından sonra bütün istiqamətlərdə qüapılarını Ermənistanın üzünə bağlayan Türkiyənin Ermənistanla münasibətləri yenidən normallaşdırmaq və 30 ildən artıq davam edən soyuqluğu aradan qaldırmaq üçün atdığı addımlar nə dərəcədə səmimidir? Xüsusilə həm Türkiyə, həm də Azərbaycanla münasibətləri normallaşdırmaq və qonşu ölkələrlə sülh şəraitində yaşamaq, iqtisadi, siyasi, humanitar və mədəni sahələrdə əməkdaşlığa can atan İrəvan bu addımlarında səmimidirmi?

"Vətən səsi" xəbər verir ki, bu və ya digər suallar Ermənistan ictimaiyyətində də tez-tez müzakirə olunur. Xüsusilə son günlər Ermənistan mətbuatı bu mövzuya geniş yer ayırır, dövlət rəsmilərinin və politoloqların mövqeyini öyrənməklə gerçək vəziyyəti təhlil etməyə çalışır.  Dünən Ermənistan Milli Assambleyasında keçirilən ənənəvi brifinqlərdə hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan da bu mövzuya toxunub. O, deyib ki, Ermənistan-Türkiyə münasibətlərinin normnallaşması ilə bağlı görülən işlər, aparılan danışıqlar reallığı əks etdirir və bu məsələdə nə İrəvan, nə də Ankara tərəfindən hər hansı imitasiya meylləri yoxdur. Onun sözlərinə görə, Ermənistanda bir çoxları iki ölkə arasında aparılan danışıqların imitasiya xarakeri daşıdığını iddia etsə də, bu, tamamilə yalandır: "Ermənistan-Türkiyə münasibətlərində çoxlarının iddia etdiyi kimi imitasiya yoxdur".

Hovhannisyan Ermənistan-Türkiyə münasibətlərində irəliləyişin olmaması ilə bağlı bəyanatdan təəccüblənib. O, rəsmi İrəvan və Ankara arasında aparılan danışıqların kifayət qədər müsbət atmosferdə keçdiyini söyləyib: "Türkiyənin xüsusi elçisi Serdar Kılıçla danışıqların nəticələri dərc olunmuş press-relizdə yekunlaşdırılıb. Ümid edirik ki, türkiyəli tərəfdaşlarımızla münasibətlər daha əvvəl ictimai müzakirə olunan məntiqlə inkişaf edəcək və əldə olunan razılaşmalar praktiki olaraq həyata keçiriləcək".

Elxan SALAHOV

Oxşar xəbərlər