Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fodan İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunda (IAI) keçirilən konfransda ifadə edib.
Fidan Qarabağda işğal altındakı ərazilərin azad edilməsindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh və Azərbaycanla münasibətlər baxımından tarixi addım atdığını, bunun üçün onu təqdir etdiyini bildirib.
Bu prosesə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən diplomat ABŞ Prezidenti Donald Trampın da Vaşinqtonda tarixi anlaşmanı möhkəmləndirdiyini deyib.
Fidan yekun imzaların gələn ilin ilk yarısında atılacağını gözlənildiyini deyib. (AZƏRTAC)