Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında (“Baku Water Week”) jurnalistlərə açıqlaması zamanı deyib.
Həmin ərazilərdə yeni su anbarlarının tikintisinin nəzərdə tutulduğunu qeyd edən ADSEA sədri, hətta, qısa zamanda onların satınalma tenderlərinin elanının yayımlanacağını diqqətə çatdırıb: “Bərgüşad, Həkəri çayları üzərində yeni su anbarlarının tikintisi planlaşdırılır. Artıq Zabuxçay üzərində yeni su anbarı tikilib. Orada işğaldan əvvəl mövcud olan Xaçınçay, Köndələnçay, Suqovuşan, Sərsəng su anbarlarının yenidən qurulması istiqamətində işlər gedir”. (AZƏRTAC)