11.09.2025, 18:11
AZ EN
11.09.2025, 13:24 104

Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə görüşüb

XƏBƏRLƏR
  • Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Mqrer Qriqoryanın rəhbərlik etdikləri nümayəndə heyətləri sentyabrın 5-də sərhəddə görüş keçirib. İki ölkənin sərhədyanı ərazilərində - Sünik vilayətinin cənubunda (Qərbi Zəngəzur) və Zəngilan rayonunda keçirilən görüşdə delimitasiya prosesi barədə detallı müzakirələr aparılıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə "Azadlıq radiosu"nin Ermənistan xidməti (“Azatutyun”) hökumətdəki rəsmi mənbələrinə istinadən məlumat yayıb. Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi “Azatutyun”un sorğusuna cavab olaraq bildirib ki, nümayəndə heyətlərinin tərkibinə Ermənistan və Azərbaycan dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi və Ərazi İdarəetmə Nazirliyinin nümayəndələri daxil olub.

Komissiyaların növbəti iclasının nə vaxt və harada keçiriləcəyi hələ müəyyən edilməyib. Qriqoryanın ofisinin məlumatında bu məsələyə dəqiq cavab verilməyib. Bildirilib ki, növbəti görüşün təşkili ilə bağlı məsələlər hələ müzakirə mərhələsindədir.

“Azatutyun” Vaşinqtonda Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılaşmaya istinadla Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasının ilin əvvəlində elan olunduğu kimi Tavuşdan deyil, Sünikdən davam etməsinin mümkün olub-olmaması ilə maraqlanıb. Bu suala da birbaşa cavab verilməyib, bu məsələnin də müzakirə olunduğu bir daha vurğulanıb.

Elxan SALAHOV

Oxşar xəbərlər